Çimərliklərdə nələr qadağandır? - SİYAHI
18:40 03-08-2020 421
“Çimərlik daxilində hovuzlardan və su attraksionlarından istifadə qadağandır”.
HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, çimərlik ərazisində ictimai obyektlərin fəaliyyəti qadağandır:
“Burada yalnız çatdırılma xidməti mümkündür”.
O qeyd edib ki, çimərliklərdə müxtəlif musiqli proqramların təşkili də qadağandır.
İlhamə Əbülfət