Bakıda ər arvadını bıçaqladı
03:40 07-08-2020 710
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Sarayevo küçəsində baş verib.
1984-cü il təvəllüdlü Yusifova Fərqanə Arif qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.
Yaralının vəziyyəti ağırdır.