Cinsi əlaqə zamanı boynu sınan aktrisa öldü

03:40 08-08-2020 66

Rusiyanın Sankt-Peterburq şəhərində aktrisa evində ölü vəziyyətdə aşkar edilib.

Mk.ru xəbər verir ki, Fontanka çayı sahilində yerləşən evdən 55 yaşlı qadının meyiti tapılıb. Onun boynu və döş qəfəsi sınmış vəziyyətdə olub.

Ekspertiza nəticəsində məlum olub ki, 38 yaşlı sevgilisi onunla cinsi əlaqə zamanı qadının boynunu sındırıb.

Cinayətin törədilməsində şübhəli bilinən kişi saxlanılıb.

Faktla bağlı “Qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən” maddəsi üzrə cinayət işinə başlanılıb.

Mərhum aktrisa olub və filmlərdə epizodik rolları ifa edib.