Portuqaliyadan darmadağın, millimizin rəqiblərinin oyununda qonaqlar sevindi

01:20 06-09-2020 495

Millətlər Liqasında birinci tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, turun son günündə daha doqquz görüş baş tutub.

Ən güclülərin yarışdığı A liqasında İngiltərə İslandiyaya qalib gəlib.  Belçika isə Danimarkadan 3 xalla dönüb.

Daha bir komanda - Fransa da səfərdən qələbə ilə dönüb. Dünya çempionu İsveçlə oyunda üç xal əldə edib.

Millətlər Liqasının ilk qalibi Portuqaliya isə Xorvatiyanı darmadağın edib.

C liqasında yığmamızın rəqiblərinin Kiprdəki duelində də qonaqlar – Monteneqro millisi qalib gəlib.

Şimali Makedoniya Ermənistan üzərində qələbəyə sevinib. Estoniyanın qonağı olan Gürcüstan isə səfərdən üç xalla ayrılıb.

Ən zəif D liqasında Cəbəllütariq San-Marinonu məğlub edib.

Qeyd edək ki, II turun oyunları sentyabrın 6-8-də keçiriləcək.

Millətlər Liqası
I tur
5 sentyabr

C liqası, 2-ci qrup

Şimali Makedoniya – Ermənistan - 2:1
Qollar:
Alioski, 5 (pen.), Nestorovski, 38 (pen.) - Barsegyan, 90+4 (pen.)
 

Estoniya – Gürcüstan - 0:1
Qol:
Katçarava, 32

D liqası, 2-ci qrup

Cəbəllütariq – San-Marino - 1:0
Qol:
Torilya, 42

A liqası, 2-ci qrup

İslandiya – İngiltərə - 0:1
Qol:
Sterlinq, 90+1 (pen.)

Danimarka – Belçika - 0:2
Qollar:
Denayer, 9, Mertens, 77

C liqası, 1-ci qrup

Azərbaycan – Lüksemburq - 1:2
Qollar:
Şeydayev, 43 - Krivotsyuk, 48 (avtoqol), Rodriges, 72

Kipr – Monteneqro - 0:2
Qollar:
Yovetiç, 60, 73

A liqası, 3-cü qrup

Portuqaliya - Xorvatiya - 4:1
Qollar:
Kanselu, 41, Jota, 58, Joao Feliks, 70, Silva An., 90+5 - Petkoviç, 90+1

İsveç - Fransa - 0:1
Qol:
Mbappe, 41