Bıçaqlı qadının mağaza işçisinə hücumu təhlükəsizlik kameralarında - ANBAAN VİDEO

22:00 06-09-2020 460

Əlində bıçaq olan qadın mağaza işçisinə hücum edib.

“Vesti.ru”nun məlumatına görə, hadisə Rusiyanın Ulyanovsk şəhərində baş verib.

Belə ki, əlindəki bıçaqla mağaza işçisinə hücum edən kimliyi müəyyələndirilməyən qadın onu bir neçə dəfə bıçaqlayıb.

Yaralı xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.

Hadisəni törədən qadın saxlanılıb, hələlik onun işçini hansı səbəbdən bıçaqladığı məlum deyil.