“Keşlə” millimizin sabiq futbolçusu ilə yollarını ayırdı - FOTO

14:00 18-09-2020 420

“Keşlə” Futbol Klubu Cavid İmamverdiyevlə yolları ayırıb.

Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçi Cavid İmamverdiyevlə mövsümün əvvəlində bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, C.İmamverdiyev bu ilin iyunun 30-da “Sabah”dan “Keşlə”yə transfer olunmuşdu.

İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.