Yoxa çıxan qadını tapmaq üçün evinə gəldilər, qarşılaşdıqları mənzərədən şoka düşdülər - FOTO/VİDEO

09:00 19-09-2020 389

Rusiyanın Leninqrad vilayətində təşkilatların birinin əməkdaşı olan qadın yoxa çıxıb.

Bu barədə TASS xəbər verir.

Həmin qadının axtarışlarına başlayan polislər yaşadığı evə gələrək qəribə mənzərə ilə qarşılaşıblar.

Mənzil qapının ağzına kimi zibillə dolu olub. Xilasedicilər  kiminsə olub-olmadığını öyrənmək üçün evə daxil ola bilməyiblər.

Qonşuların sözlərinə görə, qadın əlil ərinə baxırmış.

Məlum olub ki, həmin ünvanda 65 yaşlı qadın və 70 yaşlı kişi qeydiyyatda olub.