Ağcabədidə mağaza yandı

09:20 30-09-2020 406

Ağcabədi rayonunda ümumi sahəsi 225 kvadrat metr olan ərzaq mağazasının yanar konstruksiyaları 140 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.