ABŞ qırıcısı Kaliforniyada qəzaya uğradı

02:40 21-10-2020 771

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18E Super Hornet qırıcısı Kaliforniyada qəzaya uğrayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Pilot uğurla katapult edib və sağ qalıb.

Təyyarənin qəzaya uğramasının səbəbi açıqlanmayıb.