545 miqrant uşaq ABŞ sərhədində valideynlərini itirib

16:00 21-10-2020 375

ABŞ-ın cənub sərhədində nəzarətə alınan 545 azyaşlı qanunsuz miqrant valideynlərini itirib.

Bu barədə “NBC News” xəbər yayıb.

Ailənin böyük üzvlərinin təxminən üçdə ikisi tapılan kimi Mərkəzi Amerikaya deportasiya edilib. Hüquq-mühafizəçiləri bildiriblər ki, bu nisbətən yeni vəziyyətdir: 2018-ci ildə əksər ailələr deportasiyadan əvvəl bir-birini tapıblar.

Xaricdə olan bir çox valideynin uşaqlarını götürmək istəmədikləri və onları ABŞ-da yaşayan qohumları və ya sponsorlarının yanında saxlamağın tərəfdarı olduqları bildirilir. Çünki, ölkələrinə qayıtdıqları halda onların taleyindən nigarandırlar.