Qatarın 25 vaqonu reysdən çıxdı - ANBAAN VİDEO

09:00 30-10-2020 312

ABŞ-ın Texas ştatında yük qatarı reysdən çıxıb. 

REN TV xəbər verir ki, hadisə yerinə 1,6 kilometr radiusda yaşayan yerli sakinlər evakuasiya edilib. 

Ümumilikdə 25 vaqon reysdən çıxaraq aşıb. Onlardan 10-u boş olub, qalan 15-də isə neft məhsulları olub. 

Hadisə zamanı xəsarət alan olmayıb, qəzanın səbəbləri məlum deyil.