Bakıda uşaq xəstəxanası iki milyonluq satınalma edib

12:20 30-10-2020 418

Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası dəyəri 2 milyon manata yaxın açıq tenderinə yekun vurub.

Belə ki, xəstəxana dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə “TSR-11” MMC ilə 812,8 min manat həcmində müqavilə bağlayıb.

Eləcə də anbar və məişət tullantıları yığılan sahəsinin tam təmiri işləri “TNSM” MMC-yə həvalə olunub. Təmir işlərinin təmin edilməsinə görə şirkətə 1 milyon 99,3 min manat həcmində ödəniş ediləcək.

Bağlanmış 2 müqavilə üzrə görüləcək işlərə və satın alınacaq məhsullara 1 milyon 912 min manat sərf edəcək.

Nigar Məmmədova