ABŞ-da koronavirusa yoluxma sayında rekord

03:20 06-12-2020 348

ABŞ-da koronavirusa yoluxma sayında rekord qeydə alınıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ölkədə son sutkada 227 885 yeni yoluxma baş verib.

Buna qədər rekord dekabrın 4-də qeydə alınıb. Həmin gün 217 min yoluxma aşkarlanıb.

Son sutkada ABŞ-da 2607 nəfər koronavirusdan ölüb.