Braziliya prezidenti seçiciləri ilə görüşmək üçün özünü dənizə atdı - VİDEO
19:00 02-01-2021 488
Braziliya prezidenti Jair Bolsonaru katerlə gəzinti zamanı sahildə dincələn seçiciləri ilə ünsiyyət qurmaq üçün özünü dənizə atıb.
REN TV-nin məlumatına görə, bununla bağlı kadrlar “Twitter”də paylaşılıb.
Videoda dövlət başçısının katerdən tullanması və sahilə tərəf üzməsi görünür. Həmin an braziliyalılar “Əfsanə!” deyə şüar səsləndirirlər.