11 yaşlı uşaq qonaq getdiyi evdə saxlanılan it tərəfindən parçalandı

04:20 04-01-2021 318

Rusiyada 11 yaşlı uşaq qonaq getdiyi evdə saxlanılan it tərəfindən parçalanıb. 

Lenta.ru xəbər verir ki, hadisə İvanteyevka şəhərində baş verib. 

Uşaq valideynləri ilə it sahibinin evinə qonaq gedib. Azyaşlı böyüklərin gözündən yayınaraq, həyətə çıxıb və bu zaman itin hücumuna məruz qalıb. 

11 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.