Rəşadətli ordunun şəhid Rəşadı - VİDEO

12:00 05-01-2021 590

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Ağayev Rəşad Rövşən oğludur.

O, müharibə zamanı qolundan yaralansa da, hosbitalda qalmağı qəbul etməyib. “Dostlarım, qardaşlarım oradadır, mən burda qala bilmərəm”, - deyib, yenidən döyüş bölgəsinə qayıdıb.

Rəşad Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını ərazidən çıxararkən şəhid olub.