Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

11:00 21-01-2021 352

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və iki ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.