İlham Əliyev ona “Şərəf” ordeni verdi - SƏRƏNCAM

17:40 26-01-2021 384

Prezident İlham Əliyev Tofiq Əhməd Ağa oğlu Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, T.Ə.Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.