Azərbaycanda baş həkim işdən çıxdı

00:00 28-01-2021 299

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tutduğu vəzifədən azad olunub.

Bu barədə BAKU.WS-ə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:

“Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi”- Y.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.