2021-ci ilin premyeralarının ümumi treyleri təqdim olundu - VİDEO

05:20 29-01-2021 620

“Warner Bros.” studiyası kinoteatrlarda və “HBO Max”da yayımlanacaq 2021-ci ilin premyeralarının ümumi treylerini təqdim edib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, treylerə “Dune”, “The Suicide Squad-2”, “Godzilla vs. Kong”, “Tom and Jerry” filmlərindən kadrlar daxil edilib.

Bundan başqa, lentdə hələ rəsmi treylerləri çıxmayan “The Conjuring: The Devil Made Me Do It”,  “Mortal Combat” və “Cry Macho” filmlərindən də kadrlar var.