Məşhur fotoqraf daha bir erməni vəhşiliyini nümayiş etdirdi: “Şairlərdən qorxan kimlərdir?” - FOTO

18:20 01-02-2021 482

Məşhur fotoqraf Reza Deqati ermənilər tərəfindən Şuşada törədilmiş daha bir vəhşiliyi ifşa edib.

Bu barədə fotoqraf “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, şair Xurşidbanu Natəvanın divar üzərindəki təsviri dağıdılıb. 

“1992-ci ildə Şuşada onun portretinin bu təsvirini şeiri ilə birlikdə gördüm. 28 illik işğaldan sonra dekabrda qayıtdım, rəsm və onun varlığının bütün fiziki sübutları məhv edilib. Şairlərdən qorxan kimlərdir?”, - deyə fotoqraf qeyd edib.