Film festivalı tənha izləyicini bir həftəlik ucqar adaya göndərdi - FOTO/VİDEO

04:00 03-02-2021 532

Məşhur Höteborq Film Festivalının təşkilatçıları ucqar adada film izləmək üçün yeganə izləyicini seçiblər.

Bu barədə “The Guardian” xəbər verib.

Bildirilir ki, bu isveçli tibb bacısı Lisa Enrotdur. O, 12 min müraciətçinin arasından seçilib.

Film həvəskarı məşhur Pater Noster mayakının yerləşdiyi ucqar Hamneskar adasında bir həftə qalacaq.

“Tibbi xidmətdə elə bil ki, bir əbədiyyət qədər insanları dinləyib, yoxlayıb, təsəlli vermişəm. Özümü tamam tükənmiş hiss edirəm. Külək, dəniz, bir həftə ərzində tamamilə fərqli bir reallığın bir hissəsi olmaq fürsəti - bütün bunlar həqiqətən cəlbedicidir”, - deyə qalib hisslərini bölüşüb.

Qeyd edək ki, Skandinaviyada ən böyük festivalın “bir nümayiş - bir izləyici” formatında keçirilən tədbiri çərçivəsində qalib şəxs uzaq bir adaya film izləmək üçün göndərilir. O, bir həftə ərzində ən yaxşı yeni filmlərə baxır və onları qiymətləndirir.