Həkim-dietoloq: “İçməli yoqurtun pəhrizlə heç bir əlaqəsi yoxdur”

02:40 04-02-2021 402

Həkim-dietoloq Anjelika Düval içməli yoqurtun sağlam pəhrizlə əlaqəsi olmadığını iddia edib.

Bu barədə “Ridus” agentliyi xəbər verir.

Mütəxəssisin fikrincə, ən təhlükəli məqam içməli yoqurtun ərzaq mağazalarında saxlanılma texnologiyasıdır.

Belə ki, ağartı məhsulları temperatur həddinə çox həssasdır, onun pozulması isə infeksiya mühitinin inkişafına səbəb ola, müxtəlif bağırsaq xəstəlikləri ilə nəticələnə bilər.

“Laboratoriya tədqiqatları göstərir ki, istehsalçı yoqurtu tamamilə düzgün hazırlasa da, heç bir kimyəvi maddə istifadə etməsə də, mağazalar şəbəkəsi tez-tez məhsulun temperatur saxlama rejimini pozurlar”, - deyə dietoloq qeyd edib.

A. Düval həmçinin əlavə edib ki, yoqurt şirin məhsul olduğundan o, həzm prosesinə heç bir şəkildə kömək etmir.