11 yaşlı uşağı zəncirli halda aylarla çəlləkdə saxladılar - VİDEO

05:20 04-02-2021 461

Braziliya polisi aylarla çəlləyə zəncirlənən və öz nəcisi ilə qidalanmaq məcburiyyətində qalan uşağı xilas edib.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Kapinas şəhərində qeydə alınıb.

Bununla bağlı yayılan kadrlarda hüquq mühafizə orqanı işçilərinin eyvanda çənin içinə zəncirlənmiş, acından taqətdən düşmüş çılpaq uşağı tapdıqları görünür. O, tamamilə nəcis və sidiyə bulanmış vəziyyətdə olub.

Uşaq dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Bildilir ki, uşağı bu hala atası, analığı və ögey bacısı salıblar. Polisin məlumatına görə, ona ancaq banan qabığı və qarğıdalı unu verilib, həmçinin öz nəcisi ilə qidalanmağa məcbur edilib.

“Hərbçilər qeyri-insani, vəhşi münasibət göstərilən uşağı inanılmaz və tamamilə köməksiz vəziyyətdə tapıblar”, - deyə San Paulu hərbi polisinin bəyanatında bildirilir.

Ailə öz qəddar hərəkətlərini uşağın psixi pozğunluqdan əziyyət çəkməsi ilə izah ediblər. Hər üç şəxs həbs olunub.

Qonşuların sözlərinə görə, uşaq neçə illərdir ki, ailənin qəddar münasibətinə məruz qalıb.