Boliviyada dərslərin başladığını görən valideynlərdən maraqlı addım - VİDEO

13:40 04-02-2021 435

Boliviyada dərslərin başlanılması barədə elan verildikdən sonra valideynlər övladlarını koronavirusdan qorumaq üçün maraqlı addım atıb. Belə ki, onlar məktəblilərə biomüdafiə geyimləri alıblar və dərsə də məhz bu geyimlərdə yollayıblar.

Bu barədə “Pagina Siete” xəbər yayıb.

Məlumata görə, uşaqlar siniflərə tibbi maskalarda girirlər və dezinfeksiya üçün gellərdən istifadə edirlər.

Qeyd edək ki, Boliviyada pandemiya başlayandan bəri 220 mindən artıq yoluxma qeydə alınıb, 10,5 mindən artıq insan həyatını itirib.