Türkiyədən Azərbaycana yeni minatəmizləmə maşınları gətirilir - FOTO

18:20 04-02-2021 472

Türkiyədən Azərbaycana yeni minatəmizləmə texnikası göndərilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tamamilə yerli istehsal olan 20 ədəd mexaniki minatəmizləmə avadanlığının (MEMATT) ilk partiyası Kayseridən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsi ilə Bakıya yola salınıb.