12 yaşlı uşaq ən sürətli LEGO yığmaq rekordunu qırdı - FOTO

21:20 04-02-2021 374

12 yaşlı amerikalı Haddon Haste minlərlə parçası olan “LEGO Star Wars Millennium Falcon” mikro döyüşçülərini sürətlə bir araya gətirməklə rekorda imza atıb.

“Haber Global”ın məlumatına görə, Luisvildən olan yeniyetmə 1 dəqiqə 59,72 saniyə ilə “Ginnesin Rekordlar Kitabı”na düşüb

Hastenin sözlərinə görə, karantin dövründə, hamı evdə olarkən, darıxdığından belə bir işə girişib.

“Bununla bağlı rekorda göz dikmişdim. LEGO parçalarını sürətlə yığmağa çalışdım. Nəhayət, o gün gələndə bacarığımı göstərdim və bunun üçün çox xoşbəxtəm”, - deyə uşaq bildirib.