Öz küçüklərindən məhrum olan it pişik balasına analıq edir – VİDEO

05:20 05-02-2021 417

Pişik balası ilə ona analıq edən it görənləri heyrətə gətirib.

“Haber Global” bu görüntülərin Türkiyənin Burdur şəhərində qeydə alındığını bildirib.

Küçüklərindən məhrum olan it pişik balasına analıq edir.

“Mıncırıq” adlı itin balaca pişiyi öz doğma balası kimi əmizdirdiyi anlar yaxınlıqdan keçən və bu mənzərəni təəccüblə izləyən insanlar tərəfindən mobil telefon vasitəsilə çəkilib.