Xarici diplomat Zəngilanda namaz qıldı

19:00 06-02-2021 441

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.

HerGun.Az-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb.

O daha sonra qeyd edib:

"Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik".

Qeyd edək ki, səfir xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub.

Aqşin Kərimov