“Simpsonlar”ın stok videolarından hazırlanan yeni “manşeti” böyük maraq yaratdı - VİDEO

07:00 09-02-2021 514

Britaniyalı komediya ustası Metyu Hayton çox maraqlı bir layihəyə imza atıb. Belə ki, o, stok videolardan “Simpsonlar”ın yeni “manşetini” yaradıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Haytonun sözlərinə görə, o, gününü video banklardan kadr seçməklə keçirib.

Komediya ustası daha sonra nəticələri “Twitter” hesabında paylaşıb.

Sosial şəbəkə istifadəçiləri əllə cizilmiş və həqiqi kadrların oxşarlığından heyranlığını bildiriblər. Hətta lövhədə yazan oğlanın da təbaşiri Bart Simpson kimi sol əlində tutduğu diqqətdən yayınmayıb.