Heç kimin peyvənd edilmədiyi Avropa ölkəsində insanlar xəstəxana tualetlərində ölürlər

02:00 28-02-2021 325

“Bir çox qərbi Avropa dövləti ilk olaraq tibb işçilərini çoxdan vaksinasiya etdirib. Avropanın ən kasıb ölkəsi olan Moldova isə peyvənd almağa imkanı olmadığı üçün indiyə qədər bir nəfərə də peyvənd vurulmayıb”.

Bu barədə moldovalı yazıçı Paula Erizanu “The Guardian”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moldovada indiyə qədər vaksinasiya işlərinin aparılmaması böyük problemdir. Ancaq yoluxma hallarının hər gün artdığını nəzərə alsaq, ölkədə başlıca problem səhiyyə sistemi və xəstəxanalardakı vəziyyətlə bağlıdır. Moldovadakı xəstəxanalar baxımsız vəziyyətdədir.

Yazıçı bildirib ki, xəstəxanalardan yayılan videolar şəraitin necə vahiməli olduğunu göstərir.

“Vətəndaşlar xəstəxana tualetində həyatlarını itirirlər”, - deyə yazıçı vurğulayıb.