Neftçalada birmərtəbəli binada yanğının olub

18:20 28-02-2021 424

Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanın giriş hissəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.