“Meyvəli” bazarında yanğın olub

21:20 28-02-2021 344

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın olub.

“Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və təfərrüatı barədə məlumat veriləcək.