Xuraman Şuşalı: “Hicabdan qabaq hər günüm 500 manat idi” - VİDEO

21:00 09-03-2021 485

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Xuraman Şuşalı olub.

Müğənni hicaba keçməsi ilə bağlı maraqlı açıqlama verib:

“2013-cü ilin fevralın 16-sı hicaba keçmişəm. Şou proqramlardan hər günüm 500 manat idi. Məni tanıyanların hamısı bilir ki, yeddi günün yeddisində də işim olub. O gəlirə, qazanca yox deməyi hər adam edə bilməzdi. Bu aləmdən özümü çərçivəyə saldım və üç il oxumadım”.

Müğənni daha sonra açıqlamasında həyatının kədərli olduğunu deyib:

“Mənim həyatım o qədər kədərlidir ki. Şükürlər olsun dörd övladım var. Bu həyatdakı yeganə qazancım övladlarımdır. Çox çətinliklə ailəmi qoruyub saxlamışam. Ailəmdə bircə səhvim olsaydı, onu bayraq edib dünyaya car çəkərdilər. Daşı ağır olan adamam. Bilmirəm mənim nəyimə paxıllıq edirlər, başa düşmürəm”.