Fahriyye Evcen: “Burak məni qısqanmır” - FOTO
Oğlu Karan Özçivitlə gəzintiyə çıxan türkiyəli cazibədar aktrisa Fahriyye Evcen kameralara tuş gəlib.
“Habertürk” xəbər verir ki, uşaqlar üçün əyləncə yerindən çıxan aktrisa oğlunu gəzməyə çıxardığını deyib:
“Bu aralar tez-tez görüşürük. Karan evdə darıxır. Ona görə, bura gəlib oyun oynayır, vaxt keçiririk. Mənə yaxşı təsir edir. Çox əyləncəlidir”.
Aktrisa əri Burak Özçivitin onu qısqanıb-qısqanmaması ilə bağlı sualı da cavablandırıb:
“Heç elə münasibətimiz yoxdur. Burak nə geyindiyimə qarışmır”.
Uzun müddətdir ekranlardan uzaq olan Evcen deyib ki, dəqiqləşdikdən sonra üzərində işlənən layihə barədə danışacağını bildirib.
Xatırladaq ki, Evcen 2017- ci ildə aktyor Burak Özçivitlə ailə qurub. Onların bu nikahdan 2019-cu ildə Karan adlı oğlu dünyaya gəlib.