Sözlü sehrli dünya -XX
2020-ci ilin ən böyük hadisəsi Qarabağ və ətraf rayonlarımızın erməni işğalından azad olunmasıdır. 10 noyabr Xalqımız möhtəşəm ZƏFƏR bayramını qeyd etdi.
Eyni zamanda 2020-ci ildə şair və yazıçılarımız , söz adamları da digən insanlar kimi dünyanın ən dəhşətli CVİD-19 virusu ilə də rastlaşdılar. Allaha çox şükürlər olsun ki, bu virusla mübarizədə dünya xalqları həmrəylik, birlik göstərərək birgə mübarizəyə qalxmışlar. İnşəallah bu düşmənə də qalib gələrik.
...“Sözlü sehrli dünya -XX” almanaxı artıq neçə ildir ki, illərin süzgəcindən keçərək sizinlə görüşə gəlir, əziz oxucular.
Bu sayımızda tanınmış şair və yazıçılardan Elman İsrafiloğlu, Gülxas Səmədli, Giya Paçxataşvili (Gürcüstan), Zöhrə Qaraqızı, İlter Yaşılay (Türkiyə), Qiymət Məhərrəmli, Famil Hacısoy, Bilal Dilsiz (Türküyə), Hidayət Ağalar, Əlizamin Hüseynli, İsmayıl Zəngilanlı, İsa Zeynaloğlu, Əslinaz Familqızı, Gültəkin İlkay, Əkbər Milli, Kifayət Hüseynova, Ramilə Atəş, Könül Səssiz, Vüqar Beyləqani, Cezayır Cengiz (Türkiyə), Raquf Kimsə, Vaqif Kəhrizli,Nəsibə Şəfiyeva, Avşar Eyvaz, Həsən Səfərəliyev, Babakişi Beyləqani (Rusiya Federasiyası), Eldar Həsrət, Məmməd Qəhrəmanoğlu, İmamverdi Dağlaroğlu, Tahir Hüseyn, Vidadi Hidayət, Bəhani Ağdaşlı, Binnət Əliyev, Knyaz Cəfərov, Azər Köndələnçay, Oqtay Mirzəyevin şeirləri, hekayələri və publisistik yazılarına geniş yer ayrılmışdır. Hər bir yazarımıza uğurlar diləyir, müqəddəs sözə daha məsuliyyətlə yanaşmağı tövsiyə edirik. Bu əziz gündə bütün şair və yazıçılarımızı Novruz bayramı münasibəti ilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.