Türkiyədə baş verən küçə davasında azərbaycanlı qadın bıçaqlandı

01:00 29-03-2021 549

Türkiyədə baş verən küçə davasında azərbaycanlı qadın bıçaqlanıb.

“Haberler.com” xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib.

Belə ki, inşaatda çalışan iki dost - S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava baş verib.

Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.

Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.