Nazirlik əməkdaşları vaksinasiya olunur - FOTO
İqtisadiyyat Nazirliyi vaksinasiya prosesində yaxından iştirak edir.
Nazirlikdən HerGun.Az-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.
İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində səyyar vaksinasiya məntəqəsi yaradılıb və könüllü olaraq vaksinasiyadan keçmək istəyən nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunurlar.
Qeyd edilib ki, qurumun 1 700-ə yaxın əməkdaşı vaksinasiya üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.
Ümumilikdə isə, vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 2 600-dən çox əməkdaşı peyvənd olunub.