“Evdə tək” qalan Makoley Kalkin ata olub - FOTO

07:00 14-04-2021 561

“Home Alone” (“Evdə tək”) filminin ulduzu Makoley Kalkin ilk dəfə ata olub.

“Esquire” portalının məlumatına görə, bu barədə 40 yaşlı aktyor və sevgilisi aktrisa Brenda Sonq elan edib.

Onlar oğullarının adını Kalkinin vəfat etmiş bacısının xatirəsinə Dakota Sonq Kalkin qoyublar.

“Biz çox şadıq”, - deyə cütlük elan edib.

Makolay Kalkin və Brenda Sonq bir neçə il öncə Taylandda film çəkilişləri zamanı tanış olub.

Kalkin həmçinin “The Good Son”, “Richie Rich”, “My Girl”, “Party Monster”, “Saved!”, “Sex and Breakfast” və “The Pagemaster” filmlərindəki rolları ilə tanınır.