Tarixi ədalətin bərpa olunduğu Tuğ - VİDEO

01:00 18-04-2021 487

Ötən ilin noyabr ayının 9-da rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndi tarixi dəyərinə görə seçilən yaşayış məntəqələrindəndir. Bu kənddə xalqımıza məxsus qəbristanlıqlar və dini abidələr var.

Baku TV sözügedən kənddən reportaj hazırlayıb.

Reportajda kəndin ərazisində yerləşən İohan alban kilsəsi haqqında məlumat verilir. Kilsəni ziyarətə gələn Alban-udi xristian icmasının sədri Robert Mobili bildirib ki, kəndin ərazisində həm alban, həm də İslam tarixi ilə bağlı saxtalaşdırma izləri görünür. O qeyd edib ki, alban kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur.

Kənddə olan tarixçi Məhəbbət Paşayeva da gördüklərini şərh edib.

Daha ətraflı Baku TV-nin reportajında: