Gülbən Ərgəndən kriptovalyuta etirafı: “Baş-ayaq olduq”

04:40 22-04-2021 466

Türkiyənin populyar müğənnilərindən olan Gülbən Ərgən İstanbulun Nişandaşı məhəlləsində görünüb.

“Haber Global”ın məlumatına əsasən, jurnalistlərin bir sıra suallarını cavablandıran məşhur maraqlı açıqlamalar verib. Media nümayəndələrinin onun kriptovalyuta biznesi barədə sualına cavabında ifaçı vəziyyətin heç də ürəkaçan olmadığını bildirib.

“Soruşmayın, işlər heç yaxşı getmir. Baş-ayaq olduq”, - deyə ulduz bəyan edib.

Xatırladaq ki, bir müddət öncə taksi biznesində də bəxti gətirməyən müğənni təsəlli olaraq, bitkoin və eteriuma sahib olduğunu qeyd etmişdi.