Keçmiş Türkiyə gözəli çəkiliş meydanından maraqlı görüntülər paylaşdı - FOTO

06:40 22-04-2021 565

1998-ci ildə Türkiyə gözəli seçilən Zeynep Tokuş illər sonra “Aşkın Kıyameti” filmi ilə yenidən çəkiliş meydanına qayıdıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Aktrisa özünün “Instagram” hesabından filmin çəkiliş meydanından maraqlı paylaşımlar edib. Şəkillərdə onun həmkarları Pınar Deniz, Boran Kuzum, Yigit Kirazçı, Gürhan Altundaşar və Seda Türkmənə yoqa dərsi verməsi əks olunub.

Qeyd edək ki, Zeynep Tokuş əvvəllər “Deli yürek” (1999), “Çocuklar duymasın” (2004) seriallarında iştirak edib. Lakin sonralar fəaliyyətini yoqa müəllimliyi ilə davam edib.