Adriana Lima sirr kimi gizlətdiyi eşqini açıqladı - FOTO

04:40 23-04-2021 515

Dünyaca məşhur braziliyalı model Adriana Lima yeni sevgilisi ilə bağlı paylaşım edib.

O, “Instagram”da sevgilisi ilə əl-ələ fotosunu paylaşıb.

39 yaşlı model “Bu da mənim sirrim, çox sadə. İnsan yaxşı və düzgün olanı ancaq ürəyi ilə görə bilir. Gözlər həqiqəti görə bilməz”, - deyə paylaşımında qeyd edib.

Onun paylaşımına ispan dilində “Səni sevirəm” yazması da diqqətlərdən yayınmayıb.