Avropa Qida Təhlükəsizliyi Təşkilatı: E-171 əlavəsi artıq təhlükəsiz hesab edilmir

03:00 09-05-2021 349

E-171 və ya “titan dioksid” etiketli süni rəngləyici artıq təhlükəsiz hesab edilmir.

Lenta.ru-nun məlumatına görə, bu barədə Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) alimləri xəbərdarlıq edib.

“Bütün mövcud elmi tədqiqatları və məlumatları nəzərə alaraq qrup, “titan dioksid”in artıq bir qida əlavəsi kimi təhlükəsiz hesab edilə bilinməyəcəyi qənaətinə gəlib”, -  deyə EFSA ekspert qrupunun qida əlavələri və aromatizatorlar üzrə sədri Məcid Yunus izah edib.

Professorun sözlərinə görə, elm adamları əlavənin genotoksikliyi - yəni DNT-yə zərər vermə qabiliyyətini istisna etmirlər.

Qida əlavəsi həmçinin hüceyrələrdə toplana və xərçəngə səbəb ola bilər.

Qeyd edək ki, məşhur E-171 boyası qida sənayesində istifadə olunur, bunun sayəsində məhsullar cəlbedici görünüş qazanır və saxlanma müddəti uzanır.

E-171 həmçinin kosmetik məhsullara, boyalara və dərmanlara da əlavə edilir.