Tina Törner və Jay-Z rok-n-rollun Şərəf Zalına daxil edilib

07:00 13-05-2021 489

Tanınmış amerikalı ifaçılar Jay-Z və Tina Törnerin adları rok-n-rollun Şərəf Zalına daxil edilib.

Bu barədə Şərəf Zalının rəsmi saytından bildirilib.

Bununla yanaşı, Şərəf Zalına “The Go-Go's” və “Foo Fighters” rok-qrupları, eləcə də Kerol Kinq və Todd Randqren də əlavə olunub.

Qeyd edək ki, adiçəkilənlər 16 namizəd arasınadan seçilib.