“La Casa de Papel” pərəstişkarlarına müjdə - FOTO

08:00 15-05-2021 483

“Netflix”in Türkiyə hesabından populyar “La Casa de Papel” serialı ilə bağlı paylaşım edilib.

“Haber Global”ın məlumatına görə, paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.