İspaniyalı məşhur aktyordan Hande Erçele: “Gəl arzularımızı həyata keçirək” - FOTO

06:40 22-05-2021 578

İspaniyalı məşhur aktyor Migel Anxel Silvestr türkiyəli həmkarı Hande Erçelin onunla birgə işləmək təklifinə cavab verib.

“Əzizim Hande Erçel, gəl arzularımızı həyata keçirək. Mən də səninlə işləmək istərdim”, - deyə ispaniyalı aktyor “Instagram” hesabının hekayə bölməsində qeyd edib.

“Sense8” serialı ilə tanınan 39 yaşlı Silvestrin paylaşımı qısa müddətdə gündəmə çevrilib.

İzləyicilər paylaşımla əlaqəli “Kerem Bursin dəliyə dönəcək”, “indi Kərəm fikirləşsin” kimi qeydlər yazıblar.

Qeyd edək ki, aktrisa həmkarı Kerem Bursinlə sevgili olduqlarını açıqlayıb.