Azərbaycan HDQ-nin gəmi heyətləri döyüş atışları icra edib - VİDEO

13:40 25-05-2021 518

2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.