Maksim Fadeyev qlobal fəlakət proqnozlaşdırdı – FOTO

03:20 26-05-2021 611

Tanınmış rusiyalı prodüser Maksim Fadeyev qlobal fəlakətin anonsunu verib.

“Instagram” səhifəsində post yazan məşhur dünyanı İncildəki “Sodom və Qomorra” faciəsi kimi bir dəhşətli sonluğun gözlədiyini bildirib.

“Dünya real olaraq ağlını itirir. Əlbəttə ki, bunun elmi və astroloji izahları da var. Amma mənə görə bu, hər hansı bir qadağanı özündə daşıyan istənilən ideologiya, əxlaq və adət-ənənlərin məqsədli şəkildə məhv olunmasıdır. Qadağaların və ideologiyanın olmadığı, bizim nəyin yaxşı, nəyin pis olduğunu öyrənmədyimiz halda nəticə göz qabağındadır. Ailə institutuna, qadın və kişiyə ənənəvi baxışın, tarixin təhrif olunması, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması və bir çox digər hallar...Hamısını sadalamaq olmur. Dəyişiklikləri gözləyirik. Əgər biz bunu dəyişməsək, Tanrı dəyişəcək. Amma o, bizimlə danışıqlar masasına əyləşməyəcək”, - deyə Fadeyev qeyd edib.