Sabiq model yaşından çox gənc görünməsinin sirrini açıqlayıb

05:00 26-05-2021 435

Sabiq model 70 yaşına baxmayaraq hələ də cazibədarlığının qorumasının sirrini açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Cen Teylor Stronqun sözlərinə görə, “əbədi cavan” görünüşünün pərdə arxasında qadının ekstremal idman növlərinə olan marağı dayanıb.

“63 yaşımda ikən İsveçrədə qayadan tullandım və paraplanda uçdum. O qədər həyəcanlı idim ki, bundan əvvəl vəsiyyətnamə yazdım. Lakin qoruxumun öhdəsindən gəlmək mənə böyük xoşbəxtlik gətirdi. Bundan sonra mən Alyaskada ziplayndan da istifadə etdim”, - deyə Stronq əlavə edib.

Sabiq model dərisinin təravətini qorumaq üçün günəşdən müdafiə kremləri istifadə etdiyini və şlyapa taxdığını deyib. O, həmçinin dərisini vitaminlə təmin etmək üçün kosmetoloji prosedurlardan istifadə edir.

Bundan əlavə sabiq model gümrahlıq üçün “D” vitamini qəbul edir.